ABŞ Çin və Avropanı geridə qoydu – rekord $21 trln. çatdı

ABŞ Çin və Avropanı geridə qoydu – rekord $21 trln. çatdı

Global Top 100 companies reytinqinə əsasən, il ərzində 100 aparıcı korporasiyanın bazar kapitallaşması rekord 21 trilyon dollar təşkil etmişdir.

Olaylar.az bildirir ki, 2019-cu ildə dünyanın ən böyük şirkətlərinin kapitallaşma artımı ABŞ şirkətləri hesabına baş vermişdir. Onların bazar kapitallaşmasında payı 63% təşkil edir.

Çin və Avropadan olan şirkətlərin bazar kapitallaşması isə əksinə azalıb.

Kapitallaşmaya görə ilk pilləni "Microsoft" tutub. "Apple" və "Amazon" isə ikinci, üçüncü pillələrdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31