“Amazon” satılmamış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq
“Amazon” satılmamış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq
16 Avqust 2019 14:31 İKTGələn ayın 1-dən başlayaraq Amazon şirkəti ABŞ-dakı və İngiltərədəki anbarlarında olan satılmamış və alıcılar tərəfindən geri qaytarılmış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq.
Olaylar.az "Vc.ru"ya istinadən bildirir ki, daha əvvəllər şirkət bu cür məhsulları məhv edirdi.
Məlumata görə, Fransada şirkət hər il 3 milyon məhsulu yenidən emal edir. "Amazon" standart olaraq bu yeni təşəbbüsə satılmamış məhsulların yenidən emal edilməsi razılaşmasına sahib bütün satıcıları daxil edib.
İstəyə uyğun olaraq partnyorlar bu təşəbbüsdə iştirakdan imtina edə bilərlər. ABŞ-da sözügedən məhsulları Good360, İngiltərədə isə Newlife, Salvation Army və Barnardo's adlı xeyriyyə təşkilatları əldə edəcəklər.