Yeni “iPhone”ların adları məlum oldu
Yeni “iPhone”ların adları məlum oldu
15 Avqust 2019 16:52 İKT"Apple" şirkətinin qarşıdakı ayda təqdim edəcəyi yeni "iPhone" modellərinin adları məlum olub.
Olaylar.az xəbər verir ki, yeni modellərin adlarını "iPhone" üçün xüsusi örtüklər hazırlayan ESR adlı firma açıqlayıb.
Firmanın məlumatına əsasən, "iPhone"un 2019-cu il modellərinin adları "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" olacaq.
Xatırladaq ki, yeni modellərin sentyabrın 20-də təqdim ediləcəyi gözlənilir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31