Apple notbukları təyyarəyə buraxılmayacaq – Yanğın təhlükəsi yaradır
Apple notbukları təyyarəyə buraxılmayacaq – Yanğın təhlükəsi yaradır
14 Avqust 2019 14:43 İKTABŞ aviasiya idarəsi "Apple" şirkətinin istehsalı olan "MacBook Pro" notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub.
Olaylar.az bildirir ki, bu barədə TASS məlumat verib.
Məlumata görə, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək.
Buna səbəb şirkət mütəxəssislərinin "MacBook Pro"larda nöqsan aşkar etməsi, batareyanın qızdığı üçün yanğın təhlükəsi yaratdığını bildirməsi olub.
ABŞ aviasiya idarəsi bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31