ABŞ şirkətləri “Huawei” ilə əməkdaşlığı bərpa etməkdə maraqlıdır

ABŞ şirkətləri “Huawei” ilə əməkdaşlığı bərpa etməkdə maraqlıdır

Ağ Evin rəhbərliyi, amerikan şirkətlərinə "Huawei Technologies" şirkətinin avadanlığı ilə işləməyə icazə vermək istəmir.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.

Məlumata görə, bunun əsas səbəbi Pekinin Amerikadan kənd təsərrüfatı məhsullarını almağı dayandırması olub.

Lakin, "Intel", "Qualcomm" və "Broadcom" şirkətləri "Huawei" ilə əməkdaşlığın bərpa edilməsində maraqlıdır.

Qeyd edək ki, bu ilin may ayında ABŞ Ticarət Nazirliyi ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına zidd olduğu üçün

Huawei  şirkətini qara siyahıya daxil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31