“Galaxy Note 10” satış tarixi açıqlanıb

“Galaxy Note 10” satış tarixi açıqlanıb

Samsung şirkəti Galaxy Note 10 smartfon seriyasını təqdim edib.

Olaylar.az bildirir ki, bu barədə "4pda" məlumat verib.

Şirkət smartfon seriyasının texniki göstəricilərini, dizaynını, kameralarını və S Pen stilusunu təkmilləşdirib. . Galaxy Note 10+ modeli sözügedən smartfon seriyasının ən böyük ölçülü smartfonu olub. smartfonun 3040×1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekranı ön panelin 94.2%-ni əhatə edir.

Yenilənmiş S Pen-in əsas özəlliklərindən biri də odur ki, 10 metr məsafədə onunla jestlər vasitəsilə idarəetmə reallaşdırmaq mümkündür.

Qeyd edək ki, Galaxy Note 10 modeli 23 avqust tarixində satışa çıxacaq. 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10 modeli 949$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli 1099$-a, 512 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli isə 1199$-a satılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31