“YouTube”da reklamdan fırıldaqçılıq məqsədilə istifadə etməyə başlayıblar
“YouTube”da reklamdan fırıldaqçılıq məqsədilə istifadə etməyə başlayıblar
2 Avqust 2019 15:39 İKTİnternet fırıldaqçıları "YouTube" video hostinqində reklamın köməyi ilə qurbanlar axtarmağa başlayıblar. Bu barədə antivirus həllərinin hazırlanması üzrə ixtisaslaşmış "Kasperski Laboratoriyası" şirkətindən məlumat verilib.
Ekspertlərin sözlərinə görə, cinayətkarlar sorğuda iştiraka görə və ya hər hansı xeyriyyə ödənişi çərçivəsində böyük pul məbləği ödənilməsi vədindən tələ kimi istifadə edirlər.
2019-cu ilin əvvəlindən "Kasperski Laboratoriyası"nın müdafiə həlləri yaxşı qazanc vəd edən belə fişinq xarakterli saytlara keçid məqsədilə təxminən 17 milyon cəhdin qarşısını alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31