Günəş enerjisi ilə işləyən sürücüsüz idarə olunan təyyarədən ilk uçuş
Günəş enerjisi ilə işləyən sürücüsüz idarə olunan təyyarədən ilk uçuş
2 Avqust 2019 13:14 İKTÇin mühəndisləri tərəfindən hazırlanmış sürücüsüz idarə olunan aparat günəş enerjisi ilə işləyir.
"Moszı-2" adlandırılmış sürücüsüz idarə olunan aparat Şərqi Çinin Desin rayonunun aeroportundan havaya qalxıb. Uçuş uğurlu keçib.
Sürücüsüz idarə olunan təyyarə onun qanadlarına quraşdırılmış günəş batareyaları ilə işləyir. 8000 metrədək hündürlüyə qalxan təyyarə havada 12 saat qala bilər.
Çin yeni aparatdan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, həmçinin rabitə və kəşfiyyat məqsədilə istifadə etmək niyyətindədir. Bundan başqa, günəş enerjisi ilə işləyən "Moszı-2" sürücüsüz idarə olunan təyyarəsi hərbi potensiala malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31