Huawei” şirkəti ilk “5G” smartfonunu təqdim edib
Huawei” şirkəti ilk “5G” smartfonunu təqdim edib
29 İyul 2019 15:00 İKTÇinin "Huawei" telekommunikasiya şirkəti ilk "5G" smartfonunu təqdim edib.
"Mate 20x" smartfonu Çində "5G" rabitə şəbəkəsinə giriş üçün ilk lisenziya alıb. Smartfonun qiyməti təxminən 900 dollar təşkil edəcək.
Çin korporasiyası beynəlxalq iqtisadi sanksiyalarla təhdid edilir, çünki ABŞ hökuməti belə hesab edir ki, "Huawei" şirkətinin məhsulu casusluq məqsədilə istifadə edilə bilər. Şirkətə ABŞ istehsalçılarından texnologiya və komponentlər satın almaq, həm də Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
ABŞ, həmçinin başqa ölkələri "5G" texnologiyasını dəstəkləyən avadanlığın yaradılması sahəsində Çin şirkəti ilə əməkdaşlıqdan imtina etməyə səsləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31