Bükülən smartfonlar satışa çıxarılacaq – Sentyabr ayından

Bükülən smartfonlar satışa çıxarılacaq – Sentyabr ayından

"Samsung" şirkəti sentyabrda "Galaxy Fold" bükülən smartfonunun satışına başlanılacağını elan edib. Bu haqda Cənubi Koreya şirkətinin saytında məlumat verilib.
Hazırda mütəxəssislər cihazın son sınaqlarını keçirirlər.
Qeyd edək ki, "Samsung" şirkəti 2019-cu ildə fevralın sonunda "Galaxy Fold" cihazını təqdim edib. Yeni smartfon hələ may ayında Honkonq və Şanxayda təqdim edilməli idi ABŞ-da yeni smartfonun dəyəri təxminən 1980 dollar olmalı idi.
Lakin sözügedən qurğuda qüsurlar aşkar edilib. Ekranın bükülməsi yerində təhriflər olurdu və  ekran işləmirdi. "Galaxy Fold" aparatının ən zəif hissəsi kövrək bükülən displeydir, hətta su və ya toz nəticəsində dəymiş kiçik zədə  ekranı sıradan çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31