Yeni “iPhone 11” smartfonu “USB Type-C” konnektoru ilə təchiz edilməyəcək

Yeni “iPhone 11” smartfonu “USB Type-C” konnektoru ilə təchiz edilməyəcək

"iPhone 11" smartfonu yeni prosessorla təchiz ediləcək, lakin "USB Type-C" konnektoru nəzərdə tutulmayıb. Bu haqda "9to5Mac" portalının redaktoru Qilermo Rambo məlumat verib.

Versiyalardan biri standart, digəri ucuz, üçüncü versiyanın ölçüsü isə böyük olacaq. Təxmin edilir ki, üç yeni model "iPhone XS", "XS Max" və "XR" qurğularını əvəz edəcək. Hər üç model yeni prosessorla təchiz ediləcək, standart və böyük modellər "3x OLED Retina" displeyinə malik olacaqlar.

Bundan başqa, böyük modellərdə üçqat əsas kameraların quraşdırılması haqqında informasiya təsdiqlənib. Lakin smartfonlarda konnektorlar əvvəlki kimi (Lightning) qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31