"Instagram"da YENİLİK - "like" görünməyəcək
"Instagram"da YENİLİK - "like" görünməyəcək
19 İyul 2019 11:28 İKT"Instagram" sosial şəbəkəsində yeniliklər tətbiq edilib.
Olaylar.az xəbər verir ki, bundan sonra sosial şəbəkədə paylaşımlarda bəyənmə (like) və videoların baxış sayını görünməyəcək.
Bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə "başqaları" sözü yer alacaq.
Qeyd edək ki, yenilik Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada yaşayan "Instagram" istifadəçiləri üçün tətbiq edilib.
Sosial şəbəkə istifadəçiləri paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək.
baku.ws
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31