Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb
Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb
18 İyul 2019 14:41 İKTMiniatür qurğu kənar hərəkətin (məsələn, ultrasəs) hesabına hərəkətə gəlir. Gələcəkdə belə robotlar orqanizmin vəziyyətini izləyəcək və dərmanları lazımi yerlərə dəqiq çatdıracaqlar.
Bəşəriyyət çoxdan bəri insanın bədəninə daxil olaraq xəstəliklərin səbəbini aradan qaldıran miniatür robotlar hazırlamağı arzulayır. Yeni texnologiyalar bu ideyanı reallaşdırmağa imkan verir, ancaq bir sıra maneələri (məsələn, tibbi nanorobotlar üçün müvafiq enerji mənbəyi seçmək kimi) dəf etmək lazımdır.
Corciya Texnologiya Universitetinin alimlər komandası bu problemi həll edə biliblər. Alimlər tərəfindən hazırlanmış kiçikölçülü robotlar vibrasiya sayəsində hərəkət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31