“Microsoft” 2 milyardlıq əməkdaşlıq müqaviləsi bağıladı

“Microsoft” 2 milyardlıq əməkdaşlıq müqaviləsi bağıladı

"Microsoft" və AT&T çərşənbə günü əməkdaşlıq müqaviləsini bağlayıblar.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, şərtlərə görə, telekommunikasiya şirkəti "Microsoft Azure" bulud xidməti və "Microsoft Office 365" paketindən istifadə etmək hüququnu alır. Şirkətlər süni intellekt və 5G sahəsində əməkdaşlıq edəcəklər.

"Reuters" resursunun verdiyi məlumatına görə, müqavilənin dəyəri təxminən 2 milyard dollar təşkil edir.

Şirkətlər bulud xidmətini əvəz edəcək "sərhədli hesablamalar" nsahəsində də əməkdaşlıq etməyi planlayırlar. Bu texnologiya çoxsaylı məlumat mərkəzlərinin və servislərin yaradılmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31