“Huawei” amerikalı əməkdaşları ixtisar edəcək

“Huawei” amerikalı əməkdaşları ixtisar edəcək

"Huawei" şirkəti ABŞ vətəndaşı olan əməkdaşlarının böyük əksəriyyətini işdən azad etməyi planlaşdırır.

Olaylar.az bildirir ki,  bu barədə "The Wall Street Journal"ı yazır.

İşdən çıxarılma əsasən şirkətin "Futurewei Technologies" laboratoriyalarında çalışanlara şamil ediləcək. 850 nəfərin çalışdığı laboratoriyada yüzlərlə əməkdaşın nəzərdə tutulduğu vurğulanıb.

Bəzi işçilərə artıq müvafiq bildirişlər də göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31