"Facebook" texnologiya tarixinə düşdü

"Facebook" texnologiya tarixinə düşdü

ABŞ Federal Ticarət Komissiyası "Facebook"u 5 milyard dollar məbləğində cərimələyib.

Buna səbəb sosial şəbəkə nəhəginin 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə ötürməsidir. 

Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, "Facebook"dan hər hansı bir açıqlama verilməyib. 

Bununla da "Facebook" 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən "Google"u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub. 

Qeyd edək ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir. 


Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31