Kompüterləri sıradan çıxara bilən fayl hazırlanıb
Kompüterləri sıradan çıxara bilən fayl hazırlanıb
12 İyul 2019 17:17 İKTProqramçı Devid Fifild 46 mb arxivləşdirilmiş paketdən 4,5 petabaytlıq fayllara açılan fayl hazırlayıb. Bu fayl istənilən kompüteri sıradan çıxarmağa imkan verəcək.
Belə arxivin açılması prosesi prosessoru çox yükləyir. Bu zaman kompüter "donacaq", çox qızacaq və sönəcək.
Proqramçının sözlərinə görə, o, faylların 28 milyon dəfə sıxılmasına nail olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31