“Google” səs yazılarını dinlədiyini etiraf etdi
“Google” səs yazılarını dinlədiyini etiraf etdi
12 İyul 2019 14:37 İKTGoogle şirkəti istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb.
Olaylar.az bildirir ki, bu barədə "4pda" resursu məlumat verib.
Şirkət təmsilçiləri bunun Google Assistant kimi məhsulların yaradılması üçün lazım olduğunu bildiriblər.
Qeyd olunub ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir. Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Lakin, "Google" bu istifadəçilərin kimliyini sirr olaraq saxlayır.
Şirkətin məlumatına əsasən əməkdaşlar bütün səsyazmaların yalnız 0.2%-ni dinləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31