Yeni iPhone smartfonlarının qiymətləri açıqlandı
Yeni iPhone smartfonlarının qiymətləri açıqlandı
11 İyul 2019 17:20 İKTiPhone XI , iPhone XI Max və iPhone XIR smartfonlarının qiymətləri açıqlandı.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, iPhone XI modelinin qiyməti 6800 yuan və ya $989, iPhone XI Max modelinin qiyməti $1292 və iPhone XIR modelinin qiyməti $1422 təşkil edəcək.
Astera xəbər agentliyinin verdiyi məlumata görə, qiymətlərdə dəyişikliklər ola bilər. Yuan ilə göstərilmiş qiymətlər valyuta məzənnəsindən asılı olaraq dəyişə bilər.
Qeyd edək ki, iPhone XI və iPhone XI Max smartfonları Face ID funksiyası və 12 mp ön kamera ilə təchiz ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31