“Apple” şirkəti 4 iPhone modeli təqdim edəcək

“Apple” şirkəti 4 iPhone modeli təqdim edəcək

Apple  şirkəti 2020-ci ildə 4 iPhone modeli təqdim edəcək.

Olaylar.az bildirir ki, bu barədə JP Morgan şirkətinin analitikləri investorlar üçün sonuncu hesabatlarında qeyd ediblər.

Güman edilir ki, iPhone modellərinin əsas kameraları ətraf mühitin 3D skan texnologiyasını da (Time-of-Flight) dəstəkləyəcəklər.

JP Morgan analitiklərinə görə, 2020-ci ildə Apple şirkəti 195 milyon ədəd iPhone sata biləcək.

Qeyd edək ki, proqnozlara əsasən Apple şirkəti bu il 180 milyon ədəd iPhone satacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31