Facebook 2 milyon cərimələnib

Facebook 2 milyon cərimələnib

Almaniyanın Federal Ədliyyə Departamenti "Facebook Ireland Limited" şirkətini 2 milyon avroya cərimələyib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, cərimə cəzasının tətbiqi sosial şəbəkələrin qorunması haqqında qanunun pozulması ilə əlaqədar olub.

Almaniyanın Federal Ədliyyə Departamenti, "Facebook" şirkətini qeyri-qanuni məzmunla əlaqəli olan hesabatın yayılması qaydalarını pozduğu üçün cəzalandırıb.

2018-ci ilin birinci yarısına dair olan hesabat, qeyri-qanuni məzmunla bağlı şikayətlərin faktiki sayını əks etdirmir. Almaniya qeyri-qanuni məzmuna dini və ya etnik qruplar arasında düşmənçiliyin yaranmasına səbəb olan antisemist materiallar da aid olunur.

Cərimə cəzası sosial şəbəkənin gəlirini 51% azaldıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31