“Samsung Galaxy Note 10” smartfonu təqdim ediləcək
“Samsung Galaxy Note 10” smartfonu təqdim ediləcək
2 İyul 2019 15:21 İKT"Samsung" şirkəti bazar ertəsi KİV nümayəndələrinə avqustun 7-də Bruklində "Barclays Center" idman arenasında keçiriləcək "Unpacked" tədbirində iştirak üçün dəvətnamə göndərib.
Dəvətnamədə tədbirdə nəyin baş verəcəyi göstərilməsə də, yeni nəsil "Samsung Galaxy Note" smartfonunun təqdim ediləcəyi şübhə doğurmur.
"Samsung Galaxy Note 10" smartfonunun "Note" seriyasının dizaynını qoruyaraq "Galaxy S10" modelinin funksiyalarını, o cümlədən ekrana yerləşdirilən ön kamera, displeyə quraşdırılan barmaq izi skaneri və s. özündə birləşdirəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31