Bu texnologiya 13 dəqiqə müddətində maksimum enerjiyə çatdıracaq
Çinin “Vivo” şirkəti smartfonların enerji ilə doldurulmasını sürətləndirən yeni texnologiya təqdim edib.
1 İyul 2019 13:49 İKTÇinin "Vivo" şirkəti smartfonların enerji ilə doldurulmasını sürətləndirən yeni texnologiya təqdim edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, Şanxayda keçirilmiş Ümumdünya Mobil Konqresində təqdim edilmiş "Super FlashCharge 120W" texnologiyası 4000 milliamper/saat tutumunda akkumulyatoru 13 dəqiqə müddətində enerji ilə tam doldurur.
Müasir smartfonların əksəriyyətində akkumulyator batareyasının tutumu azdır.
"Vivo" şirkətinin nail olduğu enerjidoldurma sürəti "USB-C" kabeli və 120 vatt gücündə enerjidoldurma qurğusu sayəsində təmin olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31