Şəkildən insanları silə bilən proqram təqdim olunub
Şəkildən insanları silə bilən proqram təqdim olunub
30 İyun 2019 15:36 İKT"iPhone" sahibləri üçün əlçatan olan "Bye Bye Camera" adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda "Tech Crunch" portalı yazıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Do Something Good" şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.
Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31