“Google” ziyarət edilmiş yerlərin tarixçəsini avtomatik silməyə imkan verəcək
“Google” ziyarət edilmiş yerlərin tarixçəsini avtomatik silməyə imkan verəcək
28 İyun 2019 16:07 İKT"Google"un "IOS" və "Android" üçün proqramında istifadəçi tərəfindən ziyarət edilmiş yerləri və internetdəki aktivliyi avtomatik silməyə imkan verən funksiya əlçatan olacaq.
"Biz sizin ziyarət etdiyiniz yerləri və internetdəki aktivliyinizi silmək imkanını əlçatan edirik. Aktivliyiniz haqda məlumatların saxlanılma müddətini (3 və ya 18 ay) seçin. Bu müddət bitdikdən sonra bütün məlumatlar sizin hesabınızdan avtomatik silinəcək" - şirkətdən bildirilib.
Sözügedən funksiya yaxın həftələr ərzində istifadəçilər üçün əlçatan olacaq və bu, istifadəçilərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31