“Apple”ın əsas dizayneri bu il şirkəti tərk edəcək

“Apple”ın əsas dizayneri bu il şirkəti tərk edəcək

1992-ci ildən etibarən "Apple" korporasiyasında işləyən əsas dizayner Conatan Ayv şirkəti tərk edir. Bu haqda şirkətin saytında məlumat verilib.

Conatan Ayv aparat təminatının xarici görünüşü, istifadəçi interfeysi, qablaşdırma və əsas arxitektura layihələri daxil olmaqla "Apple" şirkətində bütün dizayn məsələlərinə cavabdeh şəxs idi.

Məlumata görə, dizayner öz firmasını açacaq.

"Conatan Ayv tərəfindən təsis ediləcək yeni şirkət bir sıra hazırlamalar üzrə "Apple" ilə sıx əməkdaşlıq edəcək" - "Apple"ın direktoru Tim Kuk deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31