“5G” sahəsində tədqiqata 40 milyard dollar investisiya qoyulub

“5G” sahəsində tədqiqata 40 milyard dollar investisiya qoyulub

Çinin "Huawei" şirkəti son on ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) sahəsində tədqiqat və işləmələrə 40 milyard dollar investisiya yatırıb.

Olaylar.az bildirir ki, "Huawei" nümayəndələrinin sözlərinə görə, daxili test zamanı şirkətin "5G" şəbəkəsində ən yüksək bağlantı sürəti 10,3 Qbit/saniyə təşkil edib ki, bu da sahə üçün rekord nailiyyətdir. Son istifadəçilər üçün ən yüksək sürətə gəldikdə, göstərici 1,86 Qbit/saniyəyə bərabərdir.

Şirkət tərəfindən "5G" şəbəkələrinin işlənməsi və istismarı son vaxtlar əksər ölkələrdə aktiv müzakirə olunur.

Hazırda "Huawei" "5G" sahəsində 2160 standart paketə (SEP) malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31