Şəkildən insanları silə biləcəyik - “iPhone” yeni proqram təqdim olundu
Şəkildən insanları silə biləcəyik - “iPhone” yeni proqram təqdim olundu
27 İyun 2019 11:58 İKT"iPhone" sahibləri üçün əlçatan olan "Bye Bye Camera" adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda "Tech Crunch" portalı yazıb.
"Do Something Good" şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.
Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31