İnsan beyninin imkanına malik olan prosessor yaradılacaq
İnsan beyninin imkanına malik olan prosessor yaradılacaq
20 İyun 2019 14:56 İKT"Samsung Electronics" şirkəti süni intellektlə əlaqədar texnologiyaların gələcək inkişafı üçün nəzərdə tutulan neyron prosessorlar üzrə sənayeyə intensiv investisiya yatırmaq niyyətindədir.
Olaylar.az bildirir ki, bu barədə "4PDA" resursu məlumat verib.
Neyron prosessorlar məlumatların emalı prinsipinə görə insan beyini ilə müqayisə edilən və paralel irihəcmli əməliyyatlar yerinə yetirən yarımkeçirici həllərdir.
Plana görə, 2030-cu ilədək süni intellektlə bağlı texnologiyalar üçün 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Şirkət neyroprosessorların gələcək inkişafını avtomobillərin informasiya əyləncə və idarəetmə sistemlərində və iritutumlu məlumatların emalı üçün yeni nəsil data mərkəzlərində görür. Bundan əlavə, istehsalçı süni intellekt alqoritmlərinin mobil çipsetlərə aktiv tətbiqini davam etdirmək niyyətindədir.