“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir
19 İyun 2019 11:27 İKT"Instagram" sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirirlər. Bu haqda "Engadget" portalı məlumat verib.
Yeni metod istifadəçi hesablarının bərpa edilməsi prosedurunu asanlaşdırmalı, həmçinin hakerlərin işini çətinləşdirməlidir. Öz hesabına giriş əldə etmək üçün istifadəçilər elektron poçt ünvanı və ya telefon nömrəsini (6 rəqəmli təhlükəsizlik kodu bu nömrəyə göndəriləcək) qeyd etməlidirlər.
Yeni üsul sosial şəbəkənin təhlükəsizlik xidmətinə müraciət etmədən istifadəçi hesabını bərpa etməyə imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31