Gündoğar ölkədə işıqforlar “5G” siqnallarını ötürəcək
Gündoğar ölkədə işıqforlar “5G” siqnallarını ötürəcək
18 İyun 2019 11:37 İKTYaponiya hökuməti tərəfindən "5G" mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb.
Olaylar.az bildirir ki, bu ölkədə svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək.
Yaponiya hökuməti tərəfindən "5G" mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, svetoforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31