Süni intellekt qadınları işsiz qoyacaq?

Süni intellekt qadınları işsiz qoyacaq?

Avtomatizasiya və süni intellekt dövründə qadınlar gəlirlərinin azalması və gender bərabərsizliyi ilə üzləşə bilər.

Olaylar.az bildirir ki, bu barədə "McKinsley Global İnstitute" (MGI) təşkilatının qadınların rəqəmsal iqtisadiyyatdakı rolu haqda hesabatında deyilir.

MGİ-nin məlumatına görə, 2030-cu ilə kimi yeni texnologiyalar sayəsində əlavə 171 milyona yaxın iş yeri açılacaq.

Yeni vakansiyalara götürülmələri üçün qadınlar ixtisaslarını artırmalı olacaqlar. Qadınlar işsiz qalmamaları üçün mütləq müasir texnoloji trendlərlə ayaqlaşmalı, lazımı rəqəmsal bilik və vərdişlərə yiyələnməlidirlər. Yalnız ixtisası artıran namizədlər yüksək gəlirli iş yerlərində çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31