“Huawei” yeni əməliyyat sistemini test edir – 1 milyon smartfon istehsal edildi
“Huawei” yeni əməliyyat sistemini test edir – 1 milyon smartfon istehsal edildi
12 İyun 2019 14:41 İKT"Huawei" tərtibatçıları aktiv şəkildə fərdi əməliyyat sisteminin hazırlanmasından test mərhələsinə keçid edib.
Olaylar.az bildirir ki, bu barədə China Daily saytına istinadən Gagadget saytı xəbər verib.
Rosenblatt Securities adlı broker şirkətinin verdiyi məlumata əsasən şirkət öz əməliyyat sisteminin test olunması üçün nəzərdə tutulmuş 1 milyon smartfon modelini artıq istehsal edib.
Sözügedən əməliyyat sistemi bütün Android tətbiqləri ilə uyğunlaşır və özəl məlumatların qorunması üçün geniş təhlükəsizlik funksionallığına sahibdir.
Yeni əməliyyat sistemi bu ilin payız fəslində ya da 2020-ci ilin yaz fəslinə kimi işıq üzü görməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31