Facebook, WhatsApp və İnstaqram “Huawei”də işləməyəcək - Növbəti zərbə

Facebook, WhatsApp və İnstaqram “Huawei”də işləməyəcək - Növbəti zərbə

ABŞ-ın hökumətinin Çinin "Huawei" telekommunikasiya şirkətinə tətbiq etdiyi sanksiyaya "Facebook" şirkəti də qoşulub.

 "Google" şirkəti "Huawei"yə verdiyi "Android" əməliyyat sistemi dayanadıracağını açıqladıqdan sonra, "Facebook" şirkəti də "Facebook", "WhatsApp" və "Instagram" tətbiqlərinin "Huawei" smartfonlarında işləməyəcəyini elan edib.

Bu qərar hazırda istehsal olunmuş məhsullara deyil, bundan sonra istehsal olunacaq smartfonlara şamil olunacaq. Hazırda "Huawei" telefonlarında yüklənilmiş "Facebook", "WhatsApp" və "Instagram" yenə də problemsiz şəkildə işləməyə davam edəcək.

Qeyd edək ki, "Intel", "Broadcom", "Qualcomm", "Infineon Technologies" və "Xilinx" kimi şirkətlər də "Huawei" ilə əməkdaşlığı dayandırıblar.

baku.ws
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31