Planşetlərə maraq azalır

Qiymət rəqabəti bir sıra “Android” planşet istehsalçılarına təzyiq göstərir, ancaq bəzi şirkətlər bu problemin öhdəsindən gəlməyə müvəffəq olurlar. “Strategy Analytics” şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə qlobal planşet bazarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azalıb. Satılmış qurğuların sayı haqqında məlumat açıqlanmayıb.

Qiymət rəqabəti bir sıra "Android" planşet istehsalçılarına təzyiq göstərir, ancaq bəzi şirkətlər bu problemin öhdəsindən gəlməyə müvəffəq olurlar.

"Strategy Analytics" şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə qlobal planşet bazarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azalıb. Satılmış qurğuların sayı haqqında məlumat açıqlanmayıb.

"Apple", "Huawei", "Amazon" və "Microsoft" şirkətləri öz imkanlarından istifadə edərək planşet bazarında paylarını artırmaq üsullarını tapıblar, halbuki digər şirkətlər üçün müsbət dinamikanı qoruyub saxlamaq çətindir. Məsələn, "Amazon" bayramdan sonra endirimlərlə istehlakçıları cəlb edib və bunun sayəsində 2019-cu ilin yanvar-martında planşet tədarükünün həcmi 21% yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31