Daha bir ölkə “5G” texnologiyasından istifadəyə keçdi

Daha bir ölkə “5G” texnologiyasından istifadəyə keçdi

İtaliya beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verib.

Olaylar.az bildirir ki, İtaliyada "5G" servisləri "Vodafone" mobil rabitə operatoru tərəfindən ölkənin beş iri şəhərinin (Milan, Turin, Boloniya, Roma və Neapol) 28 bələdiyyəsində işə salınıb.

Bu barədə "3DNews" resursu məlumat yayıb.

Operatorun baş direktoru Aldo Bizioun sözlərinə görə, 2021-ci ildə 100-dən çox şəhər və bələdiyyə "5G" şəbəkəsi ilə təmin ediləcək. 

Qeyd edək ki, İtaliya Avropa İttifaqında İsveçrə və Böyük Britaniyadan sonra beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verildiyi üçüncü ölkədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31