“BlackBerry Messenger” fəaliyyətini dayandırdı

“BlackBerry Messenger” fəaliyyətini dayandırdı

İndoneziyanın "Emtek Group" şirkəti "BlackBerry Messenger" (BBM) mesajlarla mübadilə xidmətinin və onun üçün proqramın işini dayandırıb.

Olaylar.az bildirir ki, adıçəkilən şirkət 2016-cı ildən sistem üzərində hüquq sahibidir.

"3dnews.ru" saytında verilən məlumata görə, şirkət şəxsi məqsədlə istifadə üçün daxili şifrləmə sisteminə malik "BBM Enterprise" (BBMe) korporativ messencerini istifadəyə verib.

Mobil proqram "Android", "iOS", "Windows" və "macOS" sistemlərində əlçatandır.

Sözügedən mobil proqram yalnız birinci il ərzində ödənişsiz olacaq, sonra isə 6 aylıq abunəlik üçün 2,5 dollar ödəmək lazım gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31