Robot rəssam əsərlərini sərgidə nümayiş etdirir - İlk dəfə

Böyük Britaniya mühəndisləri “Ai-Da” adlı dünyanın ilk insanabənzər robot rəssamını yaradaraq onun əsərlərindən ibarət sərgisini təşkil ediblər.

Böyük Britaniya mühəndisləri "Ai-Da" adlı dünyanın ilk insanabənzər robot rəssamını yaradaraq onun əsərlərindən ibarət sərgisini təşkil ediblər.

İnsanabənzər qurğu realistik mimikadan istifadə edərək yeriyir, sualları cavablandırır və əlində karandaş və fırçanı müstəqil tutur. Riyaziyyatçı Ada Lavleysin şərəfinə adlandırılan süni intellekt portret və konseptual şəkilləri abstraksionizm janrında çəkir. Sərgi təşkilatçısı Eydan Mellerin sözlərinə görə, "Ai-Da" robotu "ayrılmış işıq" üslubunda rəsmləri flora və faunanın müxtəlif nümayəndələrinin fotoşəkilləri üzərində təlimə əsaslanaraq yaradır.

O ümid edir ki, robotun doğurduğu maraq texnologiyalar, xüsusilə süni intellekt üzərində ictimai nəzarəti stimullaşdıracaq. Robotun ilk əsərləri böyük alimlərə, o cümlədən tarixdə ilk proqramçı hesab edilən Ada Lavleys və müasir informatikanın yaradıcısı Alan Türinqə həsr edilib.

"Təmin edilməmiş fyuçerslər" adlı sərginin iyunun 12-də Oksfordda keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31