“5G” texnologiyası daha bir ölkədə istifadəyə verildi

“5G” texnologiyası daha bir ölkədə istifadəyə verildi

Böyük Britaniya Avropada "5G" şəbəkəsindən istifadəyə başlayan ölkələr sırasına qoşulub.

Olaylar.az bildirir ki, Böyük Britaniyanın "EE" mobil operatoru ölkədə yüksəksürətli və keyfiyyətli bağlantını təmin edəcək ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.

"5G" şəbəkəsi hələlik London, Edinburq və Mançester daxil olmaqla altı iri şəhərin məhdud ərazisində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək "5G" şəbəkəsindən İsveçrə və Monako və San-Marino kimi bir neçə kiçik ölkələrdə və ABŞ-da və bəzi Asiya ölkələrində, məsələn, Cənubi Koreyada istifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31