İki ekranlı noutbuklar nümayiş olunub
İki ekranlı noutbuklar nümayiş olunub
30 May 2019 13:31 İKT"Intel" şirkəti şarnirlər sistemi üzərində qurulan ikiekranlı orijinal noutbuklar nümayiş etdirib.
Olaylar.az bildirir ki, bu barədə "Rambler" məlumat verib.
"Honeycomb Glacier" adlanan birinci noutbukun əsas ekranının diaqonalı 15,6 düym, əlavə displeyin isə 12,3 düym təşkil edir
Prototipdə 45 vatlıq səkkiznüvəli "Intel" prosessoru və "NVIDIA GeForce GTX 1060" videokartından istifadə olunub. Baxışın izlənilməsi üçün "Tobii" trekeri tətbiq edilib
"Intel Ambient PC" adlı ikiekranlı digər noutbuk açılan zaman sensor paneli əvəzləyən və korpusun kənarına əyilməklə qurğu bağlı olanda xidməti informasiyanı göstərməyə imkan verən sensor ekranla təchiz olunub. Hazırda bu, təqvimi göstərməyə və "Spotify" servisini idarə etməyə imkan verir.
Hər iki noutbukunun satışa çıxarılma tarixi barədə məlumat verilmir.