İşıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəzlənəcək
Vyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq.
29 May 2019 14:37 İKTVyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq.
Sistem insanlar yolu keçməyə vaxt tapmadığı halda yaşıl siqnalın müddətini uzadacaq, əks halda isə onu vaxtından əvvəl söndürəcək. İstehsalçılar bildiriblər ki, insanın yaxınlaşmasını müəyyənləşdirməyə təxminən 2 saniyə tələb olunur. Beləliklə, Vyana hakimiyyəti şəhərdə yolun vəziyyətini yaxşılaşdırmaq istəyir.
2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq. Yeni sistem ilk öncə sınaq rejimində işləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31