Dünyada ilk “5G” noutbuku təqdim edilib

Dünyada ilk “5G” noutbuku təqdim edilib

Tayvanın paytaxtı Taybeydə keçirilən "Computex 2019" sərgisində "Lenovo" və "Qualcomm" şirkətləri dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk noutbuk təqdim ediblər.

Olaylar.az bildirir ki, bu barədə "ferra.ru" məlumat yayıb.

Beləki, "Project Limitless" adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış "Snapdragon 8cx" platforması ilə işləyir.

Sistem "Kryo 495" səkkiznüvəli əsas prosessor və "Adreno 680" qrafik nüvəsi ilə təchiz edilib. Noutbuk 5G mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib.

Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.

"Lenovo" və "Qualcomm 2020-ci ilin əvvəlinədək adıçəkilən noutbukun istehsalını planlaşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31