Emosiyaları tanıyan qurğu hazırlanır

Emosiyaları tanıyan qurğu hazırlanır

Amazon" şirkəti insan emosiyalarını müəyyənləşdirən səsli aktivasiyaya malik daşınan qurğu hazırlayır.
Olaylar.az bildirir ki, bu barədə "NEWSru" resursu məlumat verib.

Mikrofonlar və xüsusi proqram təminatı ilə təchiz edilən qurğu qola taxılacaq. Səs tonuna görə istifadəçinin emosional vəziyyətini müəyyənləşdirəcək qurğu digər insanlarla daha effektiv ünsiyyət qurmaq üçün tövsiyələr verəcək.

Qurğunun kommersiya istifadəsinə verilmə müddəti barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31