İT sahəsində məhdudiyyətlər qoyulmalıdır - “Apple” rəhbəri

İT sahəsində məhdudiyyətlər qoyulmalıdır - “Apple” rəhbəri

"Apple" şirkətinin rəhbəri Tim Kuk informasiya texnologiyaları sahəsində məhdudiyyətlərin olmamasının cəmiyyətə böyük ziyan vurduğunu düşünür. 

Olaylar.az bildirir ki, o, ABŞ hakimiyyətini ötən il fərdi məlumatların mühafizəsi haqqında qaydalar qəbul edən Avropa İttifaqından nümunə götürməyə çağırıb.

Şirkət rəhbəri "Time 100" sammiti çərçivəsində verdiyi müsahibədə informasiya texnologiyaları sahəsində dövlət tənzimləməsini gücləndirməyə çağırıb.

Onun fikrincə, ABŞ-ın tənzimləmə orqanları 2018-ci ildən fərdi məlumatların mühafizəsi haqqında qaydaların qüvvədə olduğu Avropadan nümunə götürə bilərlər. 

"Biz tənzimləmənin tam tərəfdarıyıq. Mən başqa yol görmürəm"- deyə Tim Kuk vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31