“Android” sisteminin yeni versiyası

ABŞ-ın “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin “Android Q” adlandırılmış yeni versiyasını nümayiş etdirib. “Android Q” versiyası süni intellektin köməyi ilə videonu (hətta səssiz olsa belə) onlayn rejimində tərcümə edə biləcək. Yeni sistem qatlanan smartfonları, “5G” şəbəkəsini, eyni zamanda "qara rəngli rejim"i dəstəkləyəcək.

ABŞ-ın "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin "Android Q" adlandırılmış yeni versiyasını nümayiş etdirib.

"Android Q" versiyası süni intellektin köməyi ilə videonu (hətta səssiz olsa belə) onlayn rejimində tərcümə edə biləcək. Yeni sistem qatlanan smartfonları, "5G" şəbəkəsini, eyni zamanda "qara rəngli rejim"i dəstəkləyəcək.

Əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə daha ciddi yanaşacaq. Yeni versiyada qurğuya qurulmuş proqramın hansı informasiyaya girişə malik olmasını izləmək daha asandır. Məlumata görə, "Android Q" sisteminin beta-versiyası hazırda 21-dən çox qurğuda əlçatandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31