“Ağıllı” televizorlar “YouTube"dan istifadəni artırıb
“Ağıllı” televizorlar “YouTube"dan istifadəni artırıb
6 May 2019 16:25 İKT"YouTube" sosial şəbəkəsinə ayda bir dəfə daxil olan istifadəçilərin sayı 2 milyarda yaxınlaşıb.
Olaylar.az bildirir ki, bu barədə "Alphabet" holdinqinə məxsus xidmətin icraçı direktoru Syuzen Voyjiskinin bəyanat verib.
Voyjiski dəqiqləşdirib ki, hazırda videoçarxlara baxış üzrə ümumi vaxtın 70%-dən çox hissəsi mobil qurğuların payına düşür.
O, həmçinin "ağıllı" televizorlar sayəsində "YouTube" məzmunundan istifadənin kəskin artımını qeyd edib. Xidmətin istifadəçiləri hər gün televizorda 250 milyon saatdan çox video seyr edirlər. 1 il ərzində bu göstərici 39% yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31