Dünyanın ən populyar brauzeri müəyyənləşib

Cari ilin aprel ayının yekununa görə, "Google Chrome" brauzerlər bazarında liderdir. 

Olaylar.az bildirir ki, bu haqda "Net Applications" şirkəti məlumat verib.

2019-cu ilin aprelində "Google" şirkətinin "Chrome" veb-brauzeri dünyadakı kompüterlərin 65,64%-nə quraşdırılıb. "Mozilla Firefox" brauzerinin bazar payı 10,23%, "Microsoft"un "Internet Explorer" və "Edge" brauzerlərinin payı isə müvafiq olaraq 8,44% və 5,53% təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31