Yeni "iPhone" modellərinə 18 vatt gücündə şarj cihazı yerləşdirilib
Yeni "iPhone" modellərinə 18 vatt gücündə şarj cihazı yerləşdirilib
30 Aprel 2019 17:10 İKTYaponiyanın Macotakara adlı saytı bu il təqdim olunacaq iPhone modelləri barəsində bir çox məlumat verib.
Olaylar.az bildirir ki, Apple şirkəti bu ilki iPhone modellərinin komplektlərinə USB Type-C girişinə sahib 18 vatt gücündə şarj cihazını yerləşdirəcək.
Güman olunur ki, bu cür şarj cihazı vasitəsilə yeni iPhone modelləri 50% enerjini 30 dəqiqə ərzində yığa biləcəklər.
Apple bu il minimum 3 yeni iPhone modelini təqdim etməlidir. Yeni iPhone modellərinin bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31