İstifadəçilərin məxfiliyini təhlükəyə atan proqramlar silinib
“Apple” şirkəti “App Store” mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb.
30 Aprel 2019 11:41 İKT"Apple" şirkəti "App Store" mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb.
Olaylar.az bildirir ki, şirkətin nümayəndələri, bu proqramların istifadəçilərin məxfiliyini və təhlükəsizliyini təhlükə altına qoyduğunu deyib.
Beləki, belə proqramlardan bəzilərinin "Mobile Device Management" (MDM) adlandırılan dərin nüfuzetmə texnologiyasından istifadə etdiyi məlum olub
"MDM" texnologiyası qurğuya, həmçinin istifadəçinin yerini, proqramdan istifadə ssenarisi, elektron poçt xidməti, kameradan istifadəni əhatə edən vacib məlumata kənar nəzarət və müdaxilə imkanını təqdim edir.