“5G” texnologiyası daha sürətli tətbiq olunacaq
“5G” texnologiyası daha sürətli tətbiq olunacaq
29 Aprel 2019 16:48 İKT"CCS Insight" analitiklərinin proqnozuna görə, "4G" mobil rabitə standartı ilə müqayisədə "5G" texnologiyası daha sürətli tətbiq olunacaq.
Olaylar.az bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ilədək dünyada "5G" şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötməlidir.
Gözləntilərə görə, 2025-ci ildə "5G" qoşulmaların sayı 2,8 milyarda yaxınlaşacaq ki, bu da mobil qoşulmaların ümumi sayının 20%-ni təşkil edəcək.
"5G" standartının əsl tətbiqi 2020-ci ildə başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31